Dünya

Armen Qriqoryan: “Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün danışıqları davam etdirməyə hazırıq”

15 noyabr / 08:28 2 dəq
147bd67e c963 355b ace0 2101721e5df2
15 noyabr / 08:28
Burada sizin reklamınız ola bilər

“Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq.

“Qərb Xəbər” məlumat verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mətbuata müsahibəsində rəsmi Yerevanın Azərbaycanla danışıqları davam etdirməkdə maraqlıdırsa, niyə nümayəndələrinin Moskvaya getməməsi sualına cavab verərkən deyib.

O, qeyd edib ki, Ermənistan artıq razılaşmaların əldə olunduğu danışıqlara getmək istəyir.

“Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq. Bu danışıqları digər səviyyələrdə, məsələn, Vaşinqtonda davam etdirmək imkanı var. Ermənistan hazırdır və ümid edirik ki, belə bir görüş baş tutacaq”, – o bildirib.

Ermənistan tərəfinin niyə hələ də Moskvaya getməməsi ilə bağlı sualı cavablandıran Qriqoryan buna belə cavab verib: “Biz vacib hesab etdiyimiz, hazırda fürsət gördüyümüz və aydın təkliflər aldığımız yerə gedirik”.

Paylaş
Burada sizin reklamınız ola bilər