Ararat Mirzoyan Özbəkistana səfərə gedir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Özbəkistana işgüzar səfərə gedir.
Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Bu gün başlayacaq səfər zamanı Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
İclas zamanı nazirlər beynəlxalq və regional mövzuları müzakirə edəcəklər.




