Dünya

Araqçı Quterreşə məktub yazdı: Müzakirələrə hazırıq

29 avqust / 16:13 2 dəq
Araqçı
29 avqust / 16:13
Burada sizin reklamınız ola bilər

İran yeni nüvə razılaşması haqqında müzakirələr aparmağa hazırdır.

Qerbxeber.com bildirir ki,APA IRIB- ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi BMT-nin Baş Katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.

“İran yeni bir razılaşma əldə etmək üçün mənalı diplomatik təmaslar aparmağa hazırdır. İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi çərçivəsində hüquqlarına ehtiram göstərilməklə, bütün tərəflərin narahatlıqlarını nəzərə alındığı bir razılaşma üçün diplomatik təmasları davam etdirməyə hazırıq” İran XİN baçısı qeyd edib.

Xatırladaq ki, “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) avqustun 28-də İrana qarşı sanksiyaların bərpası mexanizminin (snapback mexanizmi) fəallaşdırılması prosesinə başlayıblar.

Prosesin müddəti 30 gündür.

Bu müddət ərzində İran və “Avropa üçlüyü” arasında heç bir razılaşma əldə olunmasa, İrana qarşı sanksiyalar qüvvəyə minəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər