Dünya

Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti seçilib

28 iyun / 10:17 1 dəq
667ddfe22b352667ddfe22b3531719525346667ddfe22b350667ddfe22b351
28 iyun / 10:17
Burada sizin reklamınız ola bilər

Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti seçilib.

Qerbxeber.com xəbər verir ki, o bu vəzifədə 2019-cu ildən Avropa Şurasının prezidenti vəzifəsini icra edən belçikalı siyasətçi Şarl Mişeli əvəz edib.

Qeyd edək ki, Avropa İttifaqının dövlət və hökumət başçıları Antonio Kostanın sədrliyini ittifaqın Brüsseldə keçirilən sammitində təsdiqləyiblər.

Kosta beş il müddətinə bu vəzifəyə seçilib.

Avropa Parlamenti iyulda keçiriləcək plenar iclasda Avropa Şurasının təyin etdiyi namizədləri səsverməyə çıxaracaq və bundan sonra şuranın qərarları qüvvəyə minəcək. Kosta dekabrda vəzifəsinin icrasına başlaya biləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər