Hadisə

Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

16 yanvar / 16:47 1 dəq
C788a0b7 bcf6 3c7c b1af 7b99e5f7b54d
16 yanvar / 16:47
Burada sizin reklamınız ola bilər

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli teatr rejissoru və pedaqoqu, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir.

“Qərb Xəbər”“Report” a istinadən xəbər verir ki, yubiley mərasiminin təşkilatçıları Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Azərbaycanın müvafiq qurumlarıdır.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, diplomatlar, teatrşünaslar, T.Kazımovun sənət yoldaşları iştirak edirlər.

TÜRKSOY-un baş katibi Sultan Rayev çıxışında bildirib ki, T.Kazımov dünyada tanınan sənətçi olub: “Bu il, həmçinin Azərbaycan milli teatrının qurulmasının 150 ili tamam olur. Bu münasibətlə bir sıra layihələr həyata keçirməyi nəzərdə tutmuşuq. Tofiq Kazımovun Azərbaycan teatr sənətinin inkişafında mühüm rolu olub”.

Paylaş
Burada sizin reklamınız ola bilər