Bölgə xəbərləri

Andrey Sipilin Prezidentin köməkçisi təyin edilib

24 noyabr / 17:55 1 dəq
24 noyabr / 17:55
Burada sizin reklamınız ola bilər

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

“Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, A.Sipilin 2019-cu ildən bu günədək Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı.

Paylaş
Burada sizin reklamınız ola bilər