Sosial

ANAMA işçi axtarır

25 iyul / 08:53 1 dəq
3b0a0489 c2d0 3164 aa4c 91800d12dfac
25 iyul / 08:53
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə vakant vəzifələrin tutulması və ehtiyat siyahısının yaradılması məqsədilə ali təhsilli, 1 ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edib.

Bu barədə “Qərb Xəbər”ə qurumdan məluma verilib.

İşə qəbul üçün coğrafiya və riyaziyyat fənləri istiqamətli (2-ci qrup) ali təhsilin və MS office proqramlarının olması mütləqdir.

Seçim zamanı ArcGİS proqramı və orta səviyyədə ingilis dili üzrə biliklərə malik namizədlərə üstünlük veriləcək. Qeyd edilən vakant vəzifələr agentliyin işğaldan azad edilmiş ərazilərində yerləşən struktur bölmələrindədir.

Maraqlananlar əlaqə telefonunu qeyd etməklə aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

Sənəd qəbulu avqustun 15-dək həyata keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər