Dünya

Almaniya XİN:“Biz iki tərəf arasında sabitlik və təhlükəsizliyin bərqərar olmasını istəyirik

4 noyabr / 08:29 1 dəq
Cdac55fd acfb 36a6 ad4b 872aa6354f3c
4 noyabr / 08:29
Burada sizin reklamınız ola bilər

“Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və bunu sülhün bərqərar edilməsinə yönəlmiş bütün danışıqlar üçün əsas hesab edir”.

“Qərb Xəbər”“Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra birgə keçirilən brifinqdə deyib.

“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərdə sabitlik və təhlükəsizliyin bərqərar olması, danışıqların davam etdirilməsi üçün şərait yaratmaq istəyirik”, – A.Barbok bildirib.

A.Mirzoyan öz növbəsində qeyd edib ki, Ermənistan regionda sülhün bərqərar olmasını mümkün hesab edir.

O bildirib ki, Ermənistan Almaniyanın regionda sülh və sabitliyin bərqərar olması səylərini vacib hesab edir.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər