Hadisə

Alen Simonyan Koçaryanı ələ saldı-Ölkənin birinci kişisi qorxur!

8 oktyabr / 13:14 2 dəq
Alen simonyan
8 oktyabr / 13:14
Burada sizin reklamınız ola bilər

Robert Köçəryan, Levon Ter-Petrosyan və Serj Sərkisyan siyasi meyitdir”.

Qerbxeber.com Teleqraf x-a istinadən əbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Hörmətli jurnalistlər, Köçəryanın müsahibəsini izləmədim və izləmək də istəmirəm. İnternetdə bir neçə kəsilmiş ideo və mətbuatda bir-iki sitat görmüşəm. Məzmun baxımından heç bir yenilik gözlənilmir, estetik baxımdan isə o insanı izləmək və dinləmək sadəcə xoşagəlməzdir. Onun o saxta gülüşləri, üzündəki təhriflər, cəfəng fikirləri və “cəsarətli pozaları” artıq heç kimə maraqlı deyil, bunu ona deməyiblər ki, əhvalı korlanmasın.

Əgər siyasi deməyə sözü varsa, onun yolu çoxdan göstərilib — cəsarətini toplayıb, Ermənistan Respublikasının yeganə seçilmiş rəhbəri (Nikol Paşinyan) ilə debatda iştirak etsin. Amma əminəm ki, vaxtilə özünü “ölkənin yeganə kişisi” adlandıran şəxs indi qorxur – digər seçilməmişlər (Serj Sərkisyan və Levon Ter-Petrosyan) kimi.

Qorxmayın, onsuz da çoxdan siyasi meyitsiniz, itirəcəyiniz bir şey yoxdur. Heç olmasa, aranızda kim daha çox meyit olduğunu seçin”, – spiker bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər