Dünya

Aksiyanın 15-ci günü: Avropalı deputatlar Rustaveliyə gəldi – FOTO

13 dekabr / 10:11 1 dəq
EMCode 8606b24d4923f66231d87cb161d32e6a
13 dekabr / 10:11
Burada sizin reklamınız ola bilər
  Gürcüstanın Paytaxtı Tbilisidə etiraz aksiyası 15-ci günündə də davam edir.

Qerbxeber.com Aktual.ge-ə istinadla xəbər verir ki, etiraz üçün vətəndaşlar yenidən Rustaveli prospektinə toplaşır.

Etirazçılar hökümətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dondurmaqla bağlı qərarına etiraz edirlər.

Bu gün etiraz əlaməti olaraq parlamentin qarşısına toplaşan aksiya iştirakçılarına incəsənət və informasiya texnologiyaları sahəsinin nümayəndələri də qoşulub.

Bundan əlavə Tbilisidə səfərdə olan Avropa Parlamentinin 6 deputatı da aksiyaya qatılıb. Onların Rustaveli prospektində toplaşan insanlara müraciət edəcəyi gözlənilir.

 

Paylaş
Burada sizin reklamınız ola bilər