Qerbxeber.com Aktual.ge-ə istinadla xəbər verir ki, etiraz üçün vətəndaşlar yenidən Rustaveli prospektinə toplaşır.
Etirazçılar hökümətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dondurmaqla bağlı qərarına etiraz edirlər.
Bu gün etiraz əlaməti olaraq parlamentin qarşısına toplaşan aksiya iştirakçılarına incəsənət və informasiya texnologiyaları sahəsinin nümayəndələri də qoşulub.
Bundan əlavə Tbilisidə səfərdə olan Avropa Parlamentinin 6 deputatı da aksiyaya qatılıb. Onların Rustaveli prospektində toplaşan insanlara müraciət edəcəyi gözlənilir.