Dünya

Aİ Ukraynaya 500 milyon avro dəyərində silah tədarükü ilə bağlı razılığa gəlməyib

27 iyun / 08:47 1 dəq
3e9c4b4d 0c12 3e58 ace2 3380084cd735
27 iyun / 08:47
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının xarici işlər nazirləri Kiyevə Avropa Sülh Fondundan 500 milyon avro məbləğində hərbi yardımın səkkizinci tranşının ayrılması ilə bağlı razılığa gələ bilməyiblər.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.

“Yardımın səkkizinci tranşı hələ razılaşdırılmayıb, lakin mən onun təsdiqinə nail olmaq üçün bütün iştirakçılarla işləyəcəyəm. Müzakirəmizin yeganə nəticəsi aydındır: Ukraynanı həmişəkindən daha çox dəstəkləməyə davam edin. Bütün dəstəyi, ikiqat təchizat və təlimləri artırın, Ukrayna əks-hücumunu dəstəkləmək üçün hər şeyi edin”- deyə, o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər