Dünya

Aİ Tramp və Putin arasındakı danışıqdan sonra Ukrayna məsələsində irəliləyişə ümid edir

19 mart / 15:50 1 dəq
A70a569b C0b1 3e7a A098 D0b33469181d 850
19 mart / 15:50
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında martın 18-də baş tutan telefon danışığının Ukraynada münaqişənin nizamlanmasını yaxınlaşdıracağına ümid edir.

Qerbxeber.com- n məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə bəyanatında bildirilib.

“Bu dəhşətli müharibənin nəticəsi Ukrayna üçün hərtərəfli, ədalətli və davamlı sülh olmalıdır. Ümid edirik ki, dünənki telefon danışığı bu istiqamətdə irəliyə doğru bir addım olub. Biz Ukraynaya dəstəyimizdə sadiqik”, – bəyanatda qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər