Dünya

Aİ Şurasının Prezidenti: “Azərbaycan və Ermənistan “Alma-Ata Bəyannaməsi”nə sadiqliklərini bir daha təsdiqləyiblər”

15 may / 09:26 1 dəq
3f9db91e 9de2 3f14 aaf8 eeb30e7c6147
15 may / 09:26
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

“Qərb Xəbər”in xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

“İki ölkənin liderləri 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (86,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər”, – Şarl Mişel bildirib.

O əlavə edib ki, iki ölkə arasında sərhədlərin yekun delimitasiyası növbəti danışıqlar yolu ilə razılaşdırılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər