Dünya

Aİ səfirləri Ermənistanda müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyib

30 yanvar / 10:02 1 dəq
F0157ade cb00 3741 87cd 9735d4c2007f
30 yanvar / 10:02
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il – 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar.

Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur.

Ermənistandakı missiyanın məlumatına görə, bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistanda mülki missiyasının mandatının daha iki il müddətinə uzadılmasını təklif etmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər