Dünya

Aİ Rusiyanın işğal olunmuş ərazilərdə “seçkilər” keçirmək planlarını pisləyib

19 iyun / 08:55 1 dəq
6c182521 7ef1 3f98 8800 52a23fbf1b29
19 iyun / 08:55
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı Rusiyanın sentyabrda Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində qondarma seçkilər keçirmək planlarını pisləyib.

“Qərb Xəbər” xəbər verir ki, bunu Avropa Komissiyasının xarici siyasət üzrə spikeri Piter Stano deyib.

Onun sözlərinə görə, Rusiyanın müvafiq addımı BMT Nizamnaməsini, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur və psevdoseçkilərin təşkilində iştirak edən bütün şəxslər öz qanunsuz əməllərinə görə məsuliyyət daşıyacaqlar:

“Avropa İttifaqı Ukraynanı dəstəkləməkdə israrlıdır. Rusiya beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın bütün ərazisindən bütün qoşunlarını və hərbi texnikasını dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmalıdır”.

Paylaş
Burada sizin reklamınız ola bilər