Bölgə xəbərləri

Aİ ölkələri Rusiya ilə qaz alqı-satqı müqavilələrini ləğv edir

25 noyabr / 09:07 1 dəq
Indir 2022 11 25T090735.177
25 noyabr / 09:07
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin energetika nazirləri Rusiya ilə alqı-satqı müqavilələrindən çıxmaq barədə razılığa gəliblər.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Brüsseldə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair bəyanatında deyilir.

Qeyd edilir ki, bu müqavilələr Rusiyadan təbii qazın azı 15 %-ni və ya 13,5 milyard kubmetri almağa imkan verirdi.

Sənədə əsasən, yeni qaydalar Aİ-yə üzv dövlətlər və onların enerji şirkətləri üçün qlobal bazarlarda birgə qaz almağa imkan yaradacaq.

Aİ ölkələri gələn il qaz anbarlarının doldurulması üçün lazım olan 15 %-i başqa mənbələrdən alacaqlar.

Paylaş
Burada sizin reklamınız ola bilər