Kateqoriyasız

Aİ-nin Ermənistandakı Müşahidə Missiyası Qubadlı ilə sərhəddə müşahidə aparıb

11 mart / 12:26 1 dəq
Indir (77)
11 mart / 12:26
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Qerbxeber.com xəbər verir ki, Aİ müşahidəçilər martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.

Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər