Qazax

Aİ müşahidəçiləri bu dəfə Qazaxla sərhəddə

1 fevral / 10:04 1 dəq
679cd0ef03f41679cd0ef03f421738330351679cd0ef03f3f679cd0ef03f40
1 fevral / 10:04
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanın Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək, müşahidə aparıblar.

Qerbxeber.com xəbər verir ki, bir neçə maşında gələn avropalı müşahidəçilər bu dəfə də binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.

Müşahidə Missiyasının hərəkətləri Azərbaycan sərhədçilərinin nəzarətindən yayınmayıb.

Azərbaycan sərhədçiləri onların həm avtomobil, həm də piyada hərəkətlərini müşahidə altında saxlayıblar.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il – 19 fevral 2027-ci ilədək uzadıb.

Paylaş
Burada sizin reklamınız ola bilər