Aİ komissarı: “Azərbaycan Avropanın sınaqdan çıxmış tərəfdaşdır”
EU energy commissioner Kadri Simson addresses a session at the COP26 UN Climate Summit in Glasgow on November 4, 2021. - Global CO2 emissions mainly caused by burning fossil fuels are set to rebound in 2021 to levels seen before the Covid pandemic, according to an assessment that served as a "reality check" to vague decarbonisation pledges at a UN climate summit. (Photo by Daniel LEAL / AFP) (Photo by DANIEL LEAL/AFP via Getty Images)
“Azərbaycan Avropanın sınaqdan çıxmış və etibarlı tərəfdaşıdır”.
“Qərb Xəbər”in məlumatına görə “Report”un Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasiminin iştirakçılarına videomüraciətində deyib.
Onun sözlərinə görə, bu gün Bolqarıstanın paytaxtında imzalanan memorandum Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.



