Avropa İttifaqı “xarici təsir” qanunun qəbul edilməsinə cavab olaraq Gürcüstanla vizasız rejimin ləğvini nəzərdən keçirəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
“Biz vizasız rejimin dayandırılması da daxil olmaqla bütün seçimləri nəzərdən keçirəcəyik, lakin mənim fikrimcə bu baş verməməlidir, Gürcüstan vətəndaşları cəzalandırılmamalıdır”, – səfir deyib.
Diplomat Aİ xarici işlər nazirlərinin iyunun 24-də Lüksemburqda görüşərək qərarı müzakirə edəcəyini bildirib.