Dünya

Aİ Gürcüstanla vizasız rejimin dayandırılmasına dair müzakirələr aparılır

12 iyun / 13:01 1 dəq
Indir 2025 06 12t130114.549
12 iyun / 13:01
Burada sizin reklamınız ola bilər

Aİ-yə üzv ölkələr arasında Gürcüstanla vizasız rejimin dayandırılmasına dair müzakirələr aparılır.

Qerbxeber.com xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında deyib.

“Üzv ölkələr arasında nə edilə biləcəyinə dair müzakirələr davam edir və ideyalardan biri vizasız rejimin dayandırılmasıdır”, – Herçinski deyib. O, Gürcüstanla Aİ arasında münasibətlərin son bir ildə yaxşı istiqamətdə getmədiyini qeyd edib.

“Gürcüstan illərdir ki, Aİ ilə imtiyazlı münasibətlərə malikdir. Biz gürcülərlə Avropaya vizasız gediş-gəliş və azad ticarət zonası imkanlarını paylaşmışıq. Üç il əvvəl Gürcüstan namizəd ölkə statusu almaq üçün müraciət etmişdi və biz ona rəsmi olaraq Aİ-yə namizəd ölkə statusu vermişik. Lakin təəssüf ki, təxminən bir ildir ki, Aİ ilə Gürcüstan arasında münasibətlər yaxşı getmir”, – Herçinksi deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər