Dünya

Aİ Gürcüstana maliyyə yardımını dayandıra bilər

2 avqust / 11:13 1 dəq
66ac820e15c6a66ac820e15c6b172258151866ac820e15c6866ac820e15c69
2 avqust / 11:13
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) “Xarici təsir haqqında” qanuna görə Gürcüstana maliyyə yardımını dayandırmağı ciddi şəkildə nəzərdən keçirir.

Qerbxeber.com xəbərinə görə, bunu “Europa Press”ə müsahibəsində Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano deyib.

O bildirib ki, təmsil etdiyi qurumda Gürcüstandakı vəziyyətdən ciddi narahatdırlar və sözü gedən qanunu geriyə addım kimi dəyərləndirirlər.

P. Stano bir qədər əvvəl Aİ-nin adı çəkilən ölkəyə müdafiənin gücləndirilməsi üçün ayrılmalı olan 30 milyon avro vəsaiti blokladığını xatırladıb.

Qeyd edək ki, sözü gedən qanun avqustun 1-dən qüvvəyə minib.

Paylaş
Burada sizin reklamınız ola bilər