Dünya

Aİ Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq

5 aprel / 15:18 2 dəq
660fd81c6b7ae660fd81c6b7af1712314396660fd81c6b7ac660fd81c6b7ad
5 aprel / 15:18
Burada sizin reklamınız ola bilər

Biz sülhün olduğu Cənubi Qafqaz istəyirik.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib.

“Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır”, – Blinken deyib.

O, Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə investisiya qoyduqlarını bəyan edib: “Belə ki, 2023-cü ilin büdcəsindən bunun üçün 65 milyon dollar ayrılıb ki, bu da iki il əvvəllə müqayisədə daha çoxdur”.

Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayıb.

O qeyd edib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzun müddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir. Biz onların Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik”.

Blinken bugünkü üçtərəfli görüşdən səmərəli müzakirələr gözlədiyini əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər