Dünya

Aİ: “ABŞ Ukraynaya yardımı dayandırarsa, onu əvəzləyə bilmərik”

5 oktyabr / 14:36 1 dəq
Indir 2023 10 05T143331.394
5 oktyabr / 14:36
Burada sizin reklamınız ola bilər

“ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa İttifaqı bunu kompensasiya etmək iqtidarında deyil”.

“Qərb Xəbər” bildirir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa ABŞ-ı əvəz edə bilməz: “Əlbəttə, biz daha çox şey edə bilərik, lakin ABŞ Ukraynaya kömək etmək üçün əvəzsizdir”.

J.Borel Vaşinqtonu Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl Qərb ölkələrində Ukraynaya yardımla bağlı fikir ayrılığının yaranması barədə məlumat yayılmışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər