Ağstafa

Ağstafanın sabiq icra başçısı ölüb

8 sentyabr / 13:58 1 dəq
31ae35fd ff8b 3a6b bda2 a3fc2e5c1283
8 sentyabr / 13:58
Burada sizin reklamınız ola bilər

Həbsdə olan Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev ölüb.

“Qərb Xəbər”in məlumata görə, N.Quliyev sentyabrın 8-də Gəncədə yerləşən modul tipli xəstəxanada koronavirusdan müalicəsini davam etdirərkən vəfat edib.

Keçmiş icra başçısı Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacaq.

Qeyd edək ki, N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər