Ağstafa

Ağstafada sərhədi pozanlar saxlanıldı

20 oktyabr / 12:22 1 dəq
Sərhəd
20 oktyabr / 12:22
Burada sizin reklamınız ola bilər
Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyənlər saxlanılıb.

“Qərb Xəbər” bildirir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, oktyabrın 20-də saat 1:20-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonu Poylu Kənd sakini 19 yaşlı Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini 4 yaşlı Bukavadze Şahin Roman oğlu olduğu məlum olub.

Paylaş
Burada sizin reklamınız ola bilər