Ağstafa

Ağstafada minik avtomobili ağaca çırpılıb, sürücü ölüb

26 mart / 09:37 1 dəq
IMG 20220326 WA0002
26 mart / 09:37
Burada sizin reklamınız ola bilər

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qərb Xəbər” məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin “VAZ 2106” markalı avtomobilə dəyərək idarəetməni itirdiyi ehtimal olunur.

Nəticədə avtomobil yoldan çıxaraq ağaca dəyib. Sürücü – 1987-ci il təvəllüdlü Talıbov Teymur Mahmud oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər