Ağstafada maskalı şəxslər qadını döyüb, evdən oğurluq ediblər
Ağstafada maskalı şəxslər qadının evinə hücum ediblər.
“Qərb Xəbər” məlumat ki, iki nəfər maskalı şəxs rayon sakini Sahibə Ələkbərovanın evinin qapısını sındıraraq qadına hədə-qorxu gəlib, fiziki zor tədbiq ediblər. Maskalı şəxslər qadına məxsus qızıl-zinət əşyalarını və pulu götürürək hadisə yerindən qaçıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.




