Ağstafa

Ağstafada məktəblini maşınla vuran sürücü divizion komandiridir

12 oktyabr / 10:53 1 dəq
FotoJet (1) (1)
12 oktyabr / 10:53
Burada sizin reklamınız ola bilər

Ötən gün Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs divizion komandiri imiş.

“Qərb Xəbər”in məlumatına görə, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, B.Məmmədov həmin rayonda N saylı hərbi hissədə divizion komandiridir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər