Ağstafada bir nəfər Kürdə batıb
Ağstafada bir nəfər Kür çayında batıb.
Qerbxeber.com məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində qeydə alınıb. Batan şəxsin 1968-ci il təvəllüdlü Ağstafa rayon Soyuqbulaq qəsəbə sakini Rasim Şıxıyev olması müəyyən edilib.
Əraziyə FHN-in dalğıc-axtarış qrupu cəlb olunub.




