Ağstafa

Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb

5 iyul / 10:39 1 dəq
Images
5 iyul / 10:39
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qərb Xəbər”in məlumatına görə hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1935-ci il təvəllüdlü Hayqaz Hacıməmməd oğlu Musayevi taksi fəaliyyəti göstərən avtomobil vurub.

O, ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər