Ağstafa

Ağstafada 3 maşın toqquşdu: ölən var

14 dekabr / 09:49 1 dəq
Images 2023 12 14T094916.209
14 dekabr / 09:49
Burada sizin reklamınız ola bilər

Ağstafada 3 avtomobil toqquşub, ölən var.

“Qərb Xəbər” məlumat verir ki, Tariyel İsgəndərovun idarə etdiyi “Mersedes” markalı avtomobil Ağstafa şəhəri ərazisində hərəkətdə olan zaman həmin yola çıxan Aqil Osmanovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.

O, sonra qarşı hərəkət zolağına çıxaraq Qazax şəhəri istiqamətində hərəkətdə olan İslam Məmmədzadənin idarə etdiyi “Opel Astra” markalı avtomobillə toqquşub.

Nəticədə “Opel Astra” markalı avtomobilin sürücüsü xəsarət alıb, “Mersedes” markalı avtomobilin sürücüsü isə aldığı bədən xəsarətlərindan ölüb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayat işi başlanılaraq istintaqı aparılır

Paylaş
Burada sizin reklamınız ola bilər