Ağstafa

Ağstafa və Qazaxda şəhid ailəsi və müharibə əlillərinə fərdi evlər təqdim olunub

28 dekabr / 15:48 2 dəq
5d3a908f e0b3 37b8 9d7f 674b93d07ec4
28 dekabr / 15:48
Burada sizin reklamınız ola bilər

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağstafa, Ağcabədi, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Xaçmaz, Xızı, İmişli, Kürdəmir, Qazax, Quba, Lerik və Masallı rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 fərdi ev təqdim olunub.

“Qərb Xəbər” bildirir ki, Ağstafa rayonunda fərdi evlərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev və Ağstafa rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynov iştirak ediblər.

Bildirilib ki, bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4400, ümumilikdə ötən dövrdə isə 13200 mənzil və fərdi ev verilib.

Postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

 

Paylaş
Burada sizin reklamınız ola bilər