Ağstafa sakini qatar vurması nəticəsində ölüb
Ağstafa rayonu dəmiryol xəttinin Qıraq Kəsəmən kəndindən keçən ərazidə qatar bir nəfəri vurub.
“Qərb Xəbər”in məlumatına görə, orta yaşlı kişi aldığı xəsarətdən hadisə yerində ölüb.
Mərhumun şəxsiyyəti dəqiqləşdirilir.




