Dünya

“Ağ ev “görüşündə bu sənədlər imzalanacaq

7 avqust / 20:48 1 dəq
Eliyev pashinyan yeni
7 avqust / 20:48
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub.

Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ABŞ-da yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz X hesabında paylaşım edib.

O bildirib ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:

1. Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat;

2. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması;

3. Hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub;

4. Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan münasibətlərinin inkişafını nəzərdə tutan anlaşma memorandumları.

Paylaş
Burada sizin reklamınız ola bilər