Elm və Texnologiya

ADA Universitetinin Qazax Mərkəzində üç ixtisas Azərbaycan dilində tədris olunacaq

22 noyabr / 17:52 3 dəq
ADA
22 noyabr / 17:52
Burada sizin reklamınız ola bilər
ADA Universiteti magistr proqramlarına sənəd qəbulu elan edir. Sizlərə, aşağıdakı ixtisaslar üzrə seçim etmək şansı verilmişdir:
ADA universiteti (Bakı şəhərində), təhsil ingilis dilində, dərslər həftədə 3 gün, əyani şəkildə axşam saatlarında (tədrisin qiyabi forması yoxdur):
1. Diplomatiya və beynəlxalq münasibətlər
2. Biznesin idarə edilməsi MBA ( 3 il iş təcrübəsi tələb olunur)
3. Təhsil üzrə menecment
4. Təlim və tədrisin təşkili və metodikası
5. Dövlət idarəetməsi Həmçinin üç ixtisas üzrə ikili diplom proqramlarına da qəbul həyata keçirilir: Kompüter elmləri və Data analitikası (Corc Vaşinqton Universiteti ilə birgə) Elektrik və eleltroenergetika mühəndisliyi( Corc Vaşinqton Universiteti ilə birgə) Maliyyə üzrə MBA (MQİMO Universiteti ilə birgə )
 “Qərb Xəbər”  bildirir ki, göstərilən ixtisaslardan üç ixtisasın Azərbaycan dilində tədrisi Qazax Müəllimlər Seminariyasının tarixi binasında , ADA Universitetinin Qazax Mərkəzində təşkil olunacaq.
1. Təhsil üzrə menecment
2. Təlim və tədrisin təşkili və metodikası
3. Dövlət idarəetməsi
Qəbul üçün ADA Universitetinin təqdim etdiyi elektron ərizə formasını doldurmalı (son tarix 01 aprel 2023- cü il), DİM- in təşkil etdiyi magist imtahanlarında iştirak edərək minumum 45 bal toplamalı və ADA Universitetində təşkil olunan müsahibə mərhələsini keçməlisiniz.
Göstərilən ixtisaslardan Dövlət idarəetməsi ixtisasına artıq dövlət qulluğunda iş fəaliyyətinə başlamış şəxslərin müraciət etməsi nəzərdə tutulur. (bu haqda əlavə məlumatlar DİM – in imtahanlarına qədər nəzərinizə çatdırılacaq).
Əlavə edək ki, ADA Universitetinin Qazax Mərkəzində magistr tələbələri üçün dərslər həftə içi üç gün onlayn şəkildə və Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq təhsil məzuniyyətləri hüququndan istifadə etməklə, Universitet tərəfindən müəyyən edilmiş xüsusi vaxtlarda əyani şəkildə təşkil olunur.
Ətraflı məlumat üçün: ada.edu.az/admissions,
051 207 10 10 telefon nömrəsinə və mabbasova@ada.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiz.
Paylaş
Burada sizin reklamınız ola bilər