Dünya

ABŞ Yaxın Şərqə “Patriot” raket kompleksi göndərib

12 aprel / 09:58 1 dəq
67f9929a0594c67f9929a0594d174440924267f9929a0594a67f9929a0594b
12 aprel / 09:58
Burada sizin reklamınız ola bilər

ABŞ ordusu Hind-Sakit okean regionunda hava hücumundan müdafiə sistemindəki yerdəyişmə ilə bağlı “Patriot” batalyonunu Yaxın Şərqə köçürüb.

Qerbxeber.com xəbər verir ki, bu haqda “Axios” portalı ABŞ ordusundakı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Yaxın Şərqdə yeni yerləşdirmə planı çərçivəsində C-17 tipli hərbi-nəqliyyat təyyarələri ilə ümumilikdə 73 uçuş həyata keçirilib.

“Patriot” hava hücumundan müdafiə sistemlərinin Hind-Sakit Okean regionundan Yaxın Şərqə niyə köçürülməsi ilə bağlı rəsmi açıqlama verilməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər