Dünya

ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketi ayıracaq

27 iyun / 08:58 1 dəq
11b3c8f8 a1d9 3156 bdc9 0af395106b4e
27 iyun / 08:58
Burada sizin reklamınız ola bilər

İyunun 27-də Amerika Birləşmiş Ştatları Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “CNN” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Yeni hərbi yardım paketinə “Bradley” zirehli texnikası və “Stryker” zirehli transportyorları daxil olacaq. Onlar Ukraynanın əvvəllər hücum zamanı itirdiyi texnikanı əvəz edəcəklər. “CNN” Ukraynaya veriləcək avtomobillərin dəqiq sayı barədə məlumat vermir.

İyun ayında ABŞ artıq Ukraynaya 325 milyon dollarlıq hərbi yardım ayırdığını elan edib. Ümumilikdə, 2022-ci ilin fevralından ABŞ Ukraynaya hərbi yardım üçün 39 milyard dollar ayırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər