Dünya

ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir

13 mart / 09:32 1 dəq
65f0a91270c4565f0a91270c46171027073865f0a91270c4365f0a91270c44
13 mart / 09:32
Burada sizin reklamınız ola bilər

Ağ Ev ABŞ-nin Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi göndərmək planlarını təsdiqləyib.

Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Bu gün Prezident Co Baydenin adından Ukraynanın aktual ehtiyaclarını həll etmək üçün Kiyevə 300 milyon dollarlıq təcili hərbi yardım paketinin göndərilməsini elan edirəm”, – deyə Sallivan vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə “Politico” nəşri ABŞ-nin Ukraynaya dəyəri 300 milyon dollara qədər olan “ATACMS” taktiki raketləri və digər silahlar göndərəcəyinə dair məlumat yayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər