Dünya

ABŞ Türkiyəyə 23 milyard dollar dəyərində “F-16”lar satacaq

27 yanvar / 09:44 2 dəq
79e67f23 6db9 32b1 9870 bfc48693f5f4
27 yanvar / 09:44
Burada sizin reklamınız ola bilər

ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollar dəyərində “F-16” döyüş təyyarələri, təkmilləşdirmə dəstləri və digər sistemlərin mümkün satışına icazə verib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Xarici Siyasət Departamenti Türkiyə hökumətinə “F-16”ların, təkmilləşdirmələrin və müvafiq avadanlıqların təxminən 23 milyard dollarlıq potensial satışını təsdiqləyib.

Sənədə əsasən, rəsmi Ankara əvvəllər ABŞ-dan 40 yeni “F-16” almaq, mövcud olanı 79 qırıcını modernləşdirmək, həmçinin naviqasiya, rabitə də daxil olmaqla ehtiyat hissələri və müxtəlif sistemlərin alınması üçün icazə istəyib.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib.

Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.

Paylaş
Burada sizin reklamınız ola bilər