Dünya

ABŞ Suriyadan 500-ə yaxın hərbçisini çıxarıb

3 iyun / 11:38 2 dəq
Indir 2025 06 03t113740.914
3 iyun / 11:38
Burada sizin reklamınız ola bilər

ABŞ Suriyadakı iki hərbi bazasını bağlayıb və Suriyada hərbi mövcudluğunu azaltmaq çərçivəsində daha bir hərbi bazanı kürdlərin – Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətinə verib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına bildirib.

ABŞ komandanlığı bir neçə həftə ərzində Suriyadan 500-ə yaxın hərbçisini çıxarıb.

“500-ə yaxın amerikalı hərbçi Suriyadan çıxarılıb. Ölkə ərazisində yerləşən iki hərbi baza bağlanıb, digəri isə Suriya Demokratik Qüvvələrinə verilib”, – ABŞ rəsmisi bildirib.

Telekanalın məlumatına görə, kürd qüvvələri Mission Support Site Euphrates hərbi bazasına nəzarət edəcək. İmtina edilən ABŞ bazaları arasında Mission Support Site Green Village-in adı olsa da, digərinin adı açıqlanmayıb.

2015-2018-ci illərdə kürdlərin nəzarətində olan Suriya ərazisində doqquz ABŞ hərbi bazası yaradılıb. Bu ilin aprel ayında Pentaqon ABŞ Komandanlığının Suriyadakı kontingentini ixtisar edəcəyini və ölkə ərazisində 1000-dən az hərbçinin qalacağını bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər