Dünya

ABŞ: Qəzzada daimi atəşkəsi dəstəkləmirik

1 dekabr / 10:11 2 dəq
ABŞ
1 dekabr / 10:11
Burada sizin reklamınız ola bilər

Ağ Ev Qəzzada qalıcı atəşkəsi dəstəkləmədiyini, lakin 7 günlük “humanitar fasilənin” 8, 9, 10 və daha çox uzadılmasını görmək istədiyini açıqlayıb.

“Qərb Xəbər” məlumat verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında İsrail və HƏMAS arasındakı qarşıdurmalarda “humanitar fasilə” haqqında danışıb.

Qərbi Qüdsün girişində israillilərə qarşı silahlı hücumun Qəzzada “humanitar fasiləyə” təsir edib-etməyəcəyi sualına isə Kirbi, sözügedən şiddətin razılaşmanın uzadılmasına təsir edəcəyini düşünmədiyini bildirib.

Həmçinin Kirbi Qəzzada qalıcı atəşkəsi dəstəkləmədiyini qeyd edib:

“Qəzza xalqına daha çox qida, su, dərman və yanacaq çatdırmaq üçün son bir həftədə sahədə görülən işlərin diqqətdən kənarda qalmaması lazımdır. ABŞ İsrailə dəstəyini davam etdirəcək. Bundan əlavə Qəzzanın cənubundakı mülki əhalinin müdafiəsi və onlara zərər vurulmasının qarşısının alınması üçün müvafiq təhlükəsizlik tədbirləri görülməlidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər