Dünya

ABŞ-nin Ukraynaya yardım çərçivəsində hansı silahları göndərdiyi məlum olub

13 mart / 09:06 1 dəq
67d1f3644a3f567d1f3644a3f6174181258067d1f3644a3f367d1f3644a3f4
13 mart / 09:06
Burada sizin reklamınız ola bilər

Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanında nümayəndə heyətlərinin görüşündən sonra Ukraynaya silah tədarükünü tam olaraq bərpa edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan amerikalı məmura istinadən xəbər verib.

Məlumatda bildirilir ki, Kiyev və Vaşinqton arasında kəşfiyyat məlumatlarının mübadiləsi də tam şəkildə bərpa edilib.

Qeyd olunur ki, Co Bayden administrasiyasının təsdiq etdiyi yardım paketləri çərçivəsində artilleriya mərmiləri, tank əleyhinə silahlar və HIMARS raket sistemi üçün sursatlar növbəti dəfə Ukraynaya çatdırılır.

Qeyd edək ki, ABŞ, Ukrayna prezidenti Voldimir Zelenskinin Donald Trampla qalamaqallı görüşündən sonra bütün yardımları dayandırmışdı.

CNN-in mənbəsi həmçinin Ukraynada inkişaf etmiş silah sistemlərinin saxlanması, təlimi və dəstəyinə kömək etmək üçün səfərdə olan amerikalı podratçıların da öz işlərinə yenidən başladıqlarını deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər