Dünya

ABŞ Konqresi Baydenin impiçmenti məsələsini qaldıracaq

19 may / 08:42 1 dəq
906da565 c8f1 343c 966d f7d229efc6ce
19 may / 08:42
Burada sizin reklamınız ola bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Corciya ştatından seçilmiş respublikaçı Marcori Teylor Qrin Konqresdə ABŞ Prezidenti Co Baydenin vəzifəsini yerinə yetirmədiyinə və ölkə sərhədlərini qorumadığına görə impiçment prosedurunu başlatmaq niyyətindədir.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə o, cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

“Tam ciddi şəkildə bu gün Amerikanı sonuncu yerə qoyan və 2021-ci il yanvarın 20-dən bu ölkənin sistemli şəkildə məhv edilməsi ilə məşğul olan ABŞ Prezidenti Co Baydenin impiçmenti üçün proseduru başlatmaq niyyətimi bildirirəm”, – Qrin deyib.

“Onun cənub sərhədi ilə bağlı siyasəti, sərəncam və bəyanatları qanunlarımızı pozub və ölkəmizi məhv edib. Bayden öz konstitusiya borcunu kobud şəkildə pozub və milli təhlükəsizliyimizə bilavasitə təhlükə yaradır”, – respublikaçı xanım söyləyib.

Onun fikrincə, Bayden ABŞ prezidentinin vəzifələrini yerinə yetirmək iqtidarında deyil, ona impiçment elan edilməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər