Dünya

ABŞ İranda quru əməliyyatına girsə,bu bütün tərəflər üçün ölümcül nəticələrə gətirəcək-Medvedev

27 mart / 23:24 1 dəq
Medvedev
27 mart / 23:24
Burada sizin reklamınız ola bilər

ABŞ-ın İranda quru əməliyyatı Vyetnam münaqişəsində Amerikanın düşdüyü vəziyyətlə eyni olacaq.

Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“ABŞ-dan bu qədər uzaqda belə bir quru əməliyyatına girmək Vyetnamda baş verənlərlə təxminən eyni nəticələr doğura bilər. Vaşinqton min mil uzaqlıqda yerləşən xarici bir ölkəyə müdaxilə etmişdi və on il ərzində həmin münaqişədən layiqli çıxış yolu tapa bilmədi”, – deyə Medvedyev bildirib.

O əlavə edib ki, ABŞ-ın İranda quru əməliyyatı, əgər həyata keçirilərsə, region və münaqişənin bütün tərəfləri üçün ölümcül nəticələrə səbəb olacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranda quru əməliyyatını təsdiqlədiyi haqda iddia yayılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər