Dünya

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

1 oktyabr / 22:59 2 dəq
Sanksiya
1 oktyabr / 22:59
Burada sizin reklamınız ola bilər

ABŞ İranın hərbi proqramlarını dəstəklədiyi üçün digər ölkələrdən olan şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edir.

Qerbxeber.com xəbər verir ki, bu barədə Oxu.az “Azad İran”-nın məlumatına əsasən xəbər yayıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran, Çin, Almaniya, Portuqaliya və Uruqvaydan olan 30-dan çox fiziki və hüquqi şəxsi müəyyən edib. Onların hamısı kütləvi qırğın silahlarının yayılması ilə bağlı proqramlarda və ixrac nəzarətinə məruz qalan fəaliyyətlərdə iştirakda şübhəli bilinirlər.

ABŞ-nin maliyyə naziri Skot Bessentin bəyanatına görə, sanksiyalar BMT Təhlükəsizlik Şurasının İrana qarşı təsdiq etdiyi sanksiyaların yenidən qüvvəyə minməsinə dəstək məqsədilə tətbiq edilib. O vurğulayıb ki, Vaşinqton İranın ballistik raket və hərbi təyyarə proqramlarını dəstəkləyən İranın silah tədarükü şəbəkələrini hədəfləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər