Dünya

ABŞ-ın maliyyə naziri Rusiya əleyhinə sanksiyaların yumşaldılmasını istisna etməyib

27 mart / 09:10 1 dəq
67e4625d3c38b67e4625d3c38c174302063767e4625d3c38967e4625d3c38a
27 mart / 09:10
Burada sizin reklamınız ola bilər

ABŞ-ın maliyyə naziri Skott Bessent Ukraynadakı münaqişənin sülh yolu ilə həllində irəliləyişə nail olmaq üçün Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını, o cümlədən Rusiya banklarının SWIFT sisteminə qoşulmasını istisna etməyib.

Qerbxeber.com xəbər verir ki, Bessent bu haqda “Fox News”a müsahibəsi zamanı məlumat verib.

“Düşünürəm ki, bütün seçimlər masadadır. Rusiya rəhbərliyinin növbəti addımları sanksiyaların sərtləşdiriləcəyini və ya yumşaldılacağını müəyyən edəcək.”, – o bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio da Qərbin Ukraynadakı münaqişənin yekun həllinə nail olması üçün Rusiyaya qarşı sanksiyalar rejiminə yenidən baxmağa məcbur olacağını deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər