ABŞ dövlət katibi: Ukrayna qarşıdakı həftələrdə əks hücuma hazırlaşır
WASHINGTON, DC - SEPTEMBER 17: U.S. Secretary of State Antony Blinken listens as U.S. President Joe Biden speaks during a conference call on climate change with the Major Economies Forum on Energy and Climate, in the South Court Auditorium in the Eisenhower Executive Office Building on September 17, 2021 in Washington, DC. (Photo by Al Drago/Getty Images)
Ukrayna yaxın həftələrdə əks hücuma hazırlaşır.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “Fox News” telekanalının jurnalisti Ben Xola müsahibəsi zamanı deyib.
Blinken Rusiya Federasiyasının planlarının artıq iflasa uğradığını vurğulayaraq Ukraynanın gələcək əks-hücumunun inkişafını yaxından izləməyə çağırıb.
“Rusiya artıq o mənada uğursuzluğa düçar olub ki, onların ilkin niyyətləri Ukraynanı xəritədən silmək, Rusiyaya tabe etmək, müstəqil dövlət kimi məhv etmək olub. Uğursuz oldu və müvəffəq olmadı. Biz bilirik ki, ukraynalılar yaxın həftələrdə əks-hücum planlaşdırır. Gəlin görək nə baş verir. Axı onların döyüş meydanındakı uğurları ədalətli və davamlı sülhü təmin edəcək danışıqlara aparan ən yaxşı və bəlkə də ən sürətli yoldur”, – Blinken bildirib.




