ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya gündəmdə
ABŞ-da Rusiyaya qarşı yeni “sarsıdıcı sanksiyalar” layihəsi hazırlanıb.
Qerbxeber.com xəbər verir ki, layihə ABŞ senatoru Lindsi Qrem tərəfindən təqdim edilib. “Bloomberg” xəbər verir ki, senatorun sözlərinə görə, 72 senator onun lehinə səs verməyə hazırdır.
“Qrem, sanksiya ilə bağlı qanun layihəsini müzakirəyə çıxarmaq üçün Nümayəndələr Palatasında kifayət qədər dəstəyin olduğunu söylədi”, – məlumatda deyilir.




